Güclü külək Şəkidə fəsadlar törədib
05
noy
2024
22:22
Güclü külək Şəkidə fəsadlar törədib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayon ərazisində bu gün axşamdan başlayan küləkli hava şəraiti səbəbindən şəhərin mərkəzində ağac aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Güclü külək, həmçinin şəhərin mərkəzində yerləşən yaşayış evinin damını yararsız hala salıb. Aidiyyəti qurumların əməkdaşları hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.
Küləkli hava şəraiti davam edir.
Oxşar xəbərlər
28 günlük tarif paketləri vətəndaşları qane edir?
Mobil operatorların tarif paketlərini 28 günlük müddətə təqdim etməsi abonentlərin illik rabitə xərclərinə təsir göstərir. BAKU.WS-in məlumatına görə, Azərbayc...