Azərbaycan məscidlərində təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq
Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
Qeyd edilib ki, qəzada həlak olanların xatirəsi yad ediləcək, onların ruhları üçün dualar oxunacaq.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib, yaralananların tezliklə şəfa tapmasını arzuladığını diqqətə çatdırıb.
Xatırladaq ki, bu gün səhər saatlarında baş verən qəzadan hava gəmisində olan 67 nəfərdən 32-si sağ çıxıb.
Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Qəzadan sağ çıxan Ayhan Bayramzadə hadisənin baş verdiyi anı belə xatırla
Qazaxıstanda təyyarə qəzasından sağ çıxan Ayhan Bayramzadə hadisənin baş verdiyi anı barədə danışıb. BAKU.WS xəbər verir ki, A.Baramzadə İTV-yə açıqlamasında d...