İranda neft emalı zavodunda yanğın baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
İranda neft emalı zavodunda istismar xaricində olan neft məhsulları borularının yerləşdiyi ərazidə baş verən yanğın qısa zamanda söndürülüb.
BAKU.WS İran KİV-nə istinadən xəbər verir ki, zavodun əməliyyatlar üzrə müdiri Seyid Məhəmməd Tahir bildirib ki, bu gün baş verən yanğın HSE və yanğınsöndürmə xidmətinin operativ müdaxiləsi nəticəsində 30 dəqiqədən az bir müddətdə tamamilə nəzarət altına alınıb. Hazırda soyutma işləri davam etdirilir.
Yanğının boru kəmərləri boyunca aparılan metal kəsmə işləri zamanı köhnə hidrogenkarbon materiallarının alovlanması və tüstü yayılması ilə başladığı bildirilir.
Məhəmməd Tahir əlavə edib ki, hazırda Abadan neft emalı zavodu tam gücü ilə fəaliyyətini davam etdirir və neft məhsullarının istehsalı və ötürülməsi prosesinə heç bir təsir göstərilməyib.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...