40 yaşdan sonra bu qidalardan imtina etməlisiniz

40 yaşdan sonra bu qidalardan imtina etməlisiniz
Sosial 174

Bütün yaş qruplarına, xüsusən də 40 yaşdan yuxarı insanlara yüksək səviyyəli emal olunmuş qidaları rasionundan çıxarmaq tövsiyə olunur. Çünki onların tərkibində orqanizm üçün zərərli olan çoxlu miqdarda əlavələr və şəkərlər var.

BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı dietoloq Qalina Volkova məlumat verib.

"40 ildən sonra hansı qidalardan imtina etməlisiniz" sualına dietoloqun reaksiyaspı belə olub.

"Bütün yaş qruplarında, xüsusən də 40 yaşdan sonra, ultra emal olunmuş qidaları rasiondan çıxarırıq. Bunlar konservantlardan istifadə edərək fabriklərdə istehsal olunan məhsullardır. Onlar əlavələrlə dolu olduğu üçün bu məhsulların əksəriyyətində şəkər var", - deyə o bildirib.

Bunun əvəzinə diyetoloq əzələ kütləsini saxlamağa kömək edən zülallı qidalara diqqət yetirməyi məsləhət görüb.

Həkim əlavə edib ki, gündəlik 500 qram tərəvəz və meyvə qəbuluna da riayət etməlisiniz.

Allergiya xəstələri, yüksək xolesteroldan əziyyət çəkənlər, həmçinin kəskin mərhələdə pankreatit olanlar yumurta yeməkdən çəkinməlidirlər.

Son xəbərlər