Kazanda İlham Əliyevlə Nikol Paşinyanın görüşü olub

Kazanda İlham Əliyevlə Nikol Paşinyanın görüşü olub
Foto Video
Siyasət 135

Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediblər.

BAKU.WS xəbər verir ki, iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

***

Kazanda Azərbaycanın Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub.

BAKU.WS xəbər verir ki, görüş XVI BRİCS Sammitinin "Outreach" / "BRİCS+" formatının iclası zamanı baş tutub.

*** 15:34

Kazan şəhərində XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Son xəbərlər