Azərbaycan və Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdirilib
Azərbaycan və Gürcüstan sərhədində dövlət sərhədini pozmağa cəhd göstərən üç şərti sərhəd pozucusu zərərsizləşdirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Divizyasında Gürcüstan istiqamətindən sərhədi pozmağa cəhd göstərən üç sərhəd pozucusu sərhədçilər tərəfindən zərərsizləşdirilib.
DSX-nin Sərhəd Qoşunları Komandanı general-leytenant Araz Məmmədov deyib ki, Gürcüstan sərhədində yerləşən Babəkar zastavasında şərti sərhəd pozucusunun saxlanması əməliyyatı keçirilib.
Məlumata görə, ərazidə quraşdırılan kameralar vasitəsilə 20 km-lik ərazini müşahidə etmək mümkündür.
Qeyd olunub ki, sərhəd pozucuları aşkar olunduqdan sonra zastavaya məlumat verilir və onların zərərsizləşdirilməsi istiqamətində işlər görülür.
Oxşar xəbərlər
İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. BAKU.WS dövlət başçısını...