İlham Əliyev tunisli həmkarını yenidən prezident seçilməsi münasibətilə təbrik edib
11
okt
2024
19:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Tunis Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Tunis arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi və möhkəmlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tunis xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
Oxşar xəbərlər
Xronika: "Axparlar deyirdilər ki, bizi aldadıb bura gətiriblər, sizi də qovacaqlar"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı h...