Nazirlikdə "Yüksəliş" müsabiqəsinin qalibi ilə görüş keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (TSN) növbəti dəfə üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüş keçirilib.
BAKU.WS xəbər verir ki, görüşdə ölkədə liderlik keyfiyyətləri və idarəetmə bacarıqları yüksək olan şəxslərin dəstəklənməsi baxımından müsabiqənin əhəmiyyəti vurğulanıb.
Həmçinin mentorluq proqramı çərçivəsində görüləcək işlər, fərdi inkişaf planları müzakirə edilib.
Eyni zamanda, ölkədə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və nəticələri ilə bağll fikir mübadiləsi aparılıb.
"Yüksəliş" müsabiqəsinin qalibi Ə.Qurbanzadə birlikdə həyata keçiriləcək proqramın onun fərdi inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sosial şəbəkə hesablarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar foto paylaşılıb....