Tovuzda zəhərlənən tələbələrin SON DURUMU açıqlandı
25
dek
2024
09:09
Tovuzda tortdan zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompüterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsi zəhərlənmə diaqnozu ilə müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.
Xatırladaq ki, bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, yeyiblər. Bir müddət sonra onların səhhətində problem yaranıb. Gənclər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.
Oxşar xəbərlər
Xəsarət alanlardan birinin şəxsiyyəti müəyyən olunub
AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra xəsarət alan şəxsin azərbaycanlı olduğu müəyyən edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...