Sumqayıtda 21 yaşlı gənci bıçaqlayan 18 yaşlı şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü K.Məhərrəmova kəsici-deşici alətlə xəsarət yetirildiyi və xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***09:50
Sumqayıtda 21 yaşlı gənc bıçaqlanıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə 1-ci məhəllə ərazisində qeydə alınıb.
2003-cü il təvəllüdlü Kənan Ceyhun oğlu Məhərrəmov aralarında baş vermiş münaqişə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....