Aktaudakı təyyarə qəzasında qazaxıstanlı tanınmış həkim də həlak olub
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan yerli vətəndaşlarının adlarını açıqlayıb.
BAKU.WS "Tengrinews"a istinadən xəbər verir ki, həlak olanlar arasında diş həkimi Salima Cutaeva da olub.
25 dekabr tarixində "Embraer ERJ-190" təyyarəsində olan altı qazaxıstanlı sərnişinin adı rəsmi şəkildə açıqlanıb. Onların arasında Manqistau vilayətinin üç sakini, Astana sakini və onun oğlu, eləcə də Kostanay vilayətinin sakini olan Salima Cutayeva var.
Salima Cutayeva 29 yaşında idi və Kostanayda diş həkimi işləyirdi. Gənc qadının sosial şəbəkədəki səhifəsində izləyiciləri şərhlər yazaraq, onun sağ qaldığına inanıb ümid etdiklərini bildiriblər. Təəssüf ki, Səlimə həlak olan sərnişinlərin siyahısında yer alıb.
Oxşar xəbərlər
Pakistanla Hindistan nüvə obyektləri və mülki məhbus siyahılarını bir-biri ilə paylaşıb
Pakistan və Hindistan Yeni ilin ilk günündə bir-biri ilə nüvə obyektləri və mülki məhbus siyahılarını paylaşıblar. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İ...