Sağ qalan təyyarə bələdçisinin görüntüləri yayıldı
Dünən Bakı-Qroznı marşrutu üzrə uçuş həyata keçirən "Embraer 190" sərnişin təyyarəsi Aktau hava limanından təxminən 3 km aralıda qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb.
BAKU.WS xəbər verir ki, xəstəxanada olanlar arasında təyyarə bələdçisi Aydan Rəhimli də var.
Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub. Onlardan 23-ü həyatını itirib, 14-ü isə sağ qalıb. Qırğızıstan vətəndaşı olan 3 nəfərin hamısı sağ qalıb. Təyyarədə 16 Rusiya vətəndaşı olub, onların 7-si həlak olub, 9-u isə sağ qalıb. Qazaxıstandan olan 6 sərnişin isə qəzada həyatını itirib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bələdiyyə sədri qanunsuz ova görə cərimələndi
Beyləqan rayon Şəfəq bələdiyyəsinin sədri Paşa Kamil oğlu Cəlilov barədə protokol tərtib edilib. BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, bələdiyyə sədri b...