Sumqayıtda yataqxana yanıb, 11 nəfər təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub:
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb.
Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Həkim Sənan Mehdiyev saxlanılıb
Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb. BAKU.WS "Report"a i...