Öz işini qurmaq istəyənlərə ŞAD XƏBƏR - Bu sahələrə pul veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyahısına bir sıra yeni istiqamətlər əlavə olunub.
BAKU.WS xəbər verir ki, siyahıya "Qəssab dükanı", "Kotançılıq", "Özünəxidmət avtoyuma", "Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri", "Avtorazval xidmətləri" istiqamətləri daxil edilib.
Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 32 iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir.
Həmçinin proqram çərçivəsində təklif olunan digər zərflərin tərkibində dəyişiklik edilərək onlar daha da təkmilləşdirilib.
Oxşar xəbərlər
İTS 5 ildə 7 özəl tibb müəssisəsi ilə müqaviləyə XİTAM VERİB
2020–2025-ci illər ərzində ümumilikdə 7 özəl tibb müəssisəsi ilə bağlanmış müqaviləyə xitam verilib. Qeyd olunub ki, bu qərarların verilməsinin əsas səbəbləri f...