Həkim Sənan Mehdiyev saxlanılıb

Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Sənan Mehdiyev Nəsimi Prokurorluğunda başlanan cinayət çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.
Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılması gözlənilir.
Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.
Oxşar xəbərlər
Xalq artisti məhkəmədə uduzdu: "Qavaldaş nağara mənə məxsusdur" ifadəsi əsassızdır"
Xalq artisti Natiq Şirinovla "Natiq" ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında uzun müddətdir davam edən məhkəmə çəkişmələri başa çatıb. BAKU.WS "Qafq...
