İmişlidəki qəzada yaralanan məktəbli Bakıda müalicə edilir

İmişlidəki qəzada yaralanan məktəbli Bakıda müalicə edilir
Foto
Hadisə 161

İmişlidə baş verən qəzada yaralanan məktəbli Məhbubə Əlizadə Yeni Klinikada müalicə olunur.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İmişli - Saatlı seçki dairəsindən millət vəkili seçilmiş Səyyad Salahlı məlumat yayıb. O, azyaşlını müalicə edildiyi xəstəxanada ziyarət edib.

İmişlidəki qəzada yaralanan məktəbli Bakıda müalicə edilir

S.Salahlı paylaşımında bildirib ki, məktəblinin atası Səbuhi Əlizadə ilə birlikdə getdiyi klinikada azyaşlının müalicə prosesi ilə də maraqlanıb.

Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər