Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə HƏLAK OLDU
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.
BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zağulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ali təhsili Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.
Z.İsmayılovanın 3 övladı var.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
MİDA yaşayış kompleksinin həyətində su xəttində baş verən qəza ARADAN QALDIRILIB
Yasamal rayonunda su xəttində baş verən qəza aradan qaldırılıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmə...