Karlo Ançelotti "Real Madrid"dən gedir? - Özü açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Madrid klubunu tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə Karlo Ançelottidən sitat gətirib.
"Real Madrid"dən ayrılmaq barədə heç bir qərar verməmişəm. Ümid edirəm ki, prezident Florentino Peres (o, vəzifəsinə yenidən seçilib) kimi daha dörd il də klubda qalacağam. 2029-cu ildə birlikdə böyük bir vida etmək ideal olardı!", - deyə Karlo Ançelottidən deyib.
Bundan əvvəl Ançelottinin cari mövsümün sonunda "Real Madrid"in baş məşqçi postunu tərk edəcəyi bildirilirdi. Boş qalan vəzifəni hazırda "Bayer"ə rəhbərlik edən "Los Blancos"un keçmiş futbolçusu Xabi Alonso tutacaq.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...