Milli Qəhrəmanımızın atası vəfat etdi
Azərbaycanın Milli Qəhrəmanı Şamoy Çobanovun atası Məhyəddin Çobanov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Bildirilib ki, Məhyəddin Çobanov oktyabrın 29-u Qazax rayonunun Ağköynək kənd qəbristanlığında dəfn edilib.
Qeyd edək ki, Şamoy Çobanov 1965-ci ilin yanvar ayının 19-da Qazax rayonunun Ağköynək kəndində anadan olub.
O, 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndində gedən döyüşdə şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Şamoy Məhyəddin oğlu Çobanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Oxşar xəbərlər
67 yaşlı qadın xəstəxanada öldü
Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb. BAKU.WS APA-ya istinadən bildirir ki, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbray...