Piyadanın səhvi ucbatından Bakıda baş verən zəncirvari qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Piyada keçidindən istifadə etməmə, sürücü diqqətsizliyi və düzgün ara məsafəsi saxlamama təhlükə yaradır. Bu, yol-nəqliyyat hadisəsinin baş verməsinə və yollarda sıxlığın yaranmasına səbəb olur.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında deyilir.
Qeyd olunub ki, bunu nəzərə alaraq, NİİM və DYP əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir:
"Xüsusilə, müşahidə kameralarının qeydə aldığı bu hadisə ötən gün günorta saatlarında Aeroport şosesində baş verib. Paytaxtın əsas yollarında piyada və sürücü ehtiyatsızlığından baş verən hər bir qəza sıxlığa, şəhərin digər istiqamətlərində hərəkətin fasiləsiz təşkilində ləngimələrə səbəb olur.
Bir daha diqqətə çatdırırıq ki, hər bir hərəkət iştirakçısı - piyada, sürücü qaydalara əməl etməli, digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır".
Oxşar xəbərlər
Polis paytaxtda xüsusi əməliyyat KEÇİRDİ
Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi ə...