Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın
30
okt
2024
16:06
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Oxşar xəbərlər
"Yaxınlaşanda gördüm ki, uşaqların biri yerdədir": Kürdəmirdə doqquzuncu sinif şagirdini dəmir yolunda cərəyan vurdu
Kürdəmirdə bədbəxt hadisə baş verib. Doqquzuncu sinif şagirdi Sərvət Nazim oğlu Səfərli dəmir yolu üzərində dayanmış qatarın üzərindən keçmək istəyərkən onu ele...