Magistral yolda ölüm saçan motosikletçi - Yol polisi hərəkətə keçdi
Bakıda motosikletçi təhlükəli vəziyyət yaradıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, sözügedən hadisə paytaxtın 8 noyabr prospektində qeydə alınıb.
Belə ki, motosikletçi sükan arxasında düzgün oturmayıb, üstəlik telefonla da oynayıb. Sürücü bu hərəkəti ilə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına atıb.
Sözügedən halla bağlı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinə sorğu ünvanladıq.
İdarənin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli BAKU.WS-ə bildirdi ki, görüntülərlə bağlı araşdırma aparılır.
Həmin videonu təqdim edirik:
Oxşar xəbərlər
Ötən gün Azərbaycanda iki avtomat silahı, 20 tüfəng aşkarlanıb
Azərbaycanda martın 23-də iki avtomat silahı, 20 tüfəng aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bldirilib ki, ötən gün həmçi...