Bərdədə azyaşlı qızına qarşı fiziki zorakılıq edən ata CƏZALANDIRILDI

Bərdədə azyaşlı qızına qarşı fiziki zorakılıq edən ata CƏZALANDIRILDI
Açıqlama Video
Hadisə 321

Bərdədə azyaşlı qızın atası A.Hüseynov tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) açıqlama verilib.

DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə bildirilib ki, Bərdə rayon sakini Ülviyyə Cəfərova azyaşlı qızının keçmiş həyat yoldaşı A.Hüseynov tərəfindən döyülməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Araşdırma zamanı izahatlar alınmaqla müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən asılı olaraq A.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.

Gələcəkdə bu cür halların baş verməməsi üçün azyaşlı polis əməkdaşları tərəfindən profilaktik nəzarətə götürülüb.

***15:01

Bərdədə azyaşlı qızın atası A.Hüseynov tərəfindən döyülməsi ilə bağlı ekspertizanın rəyindən sonra İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirrlib.

Qeyd olunub ki, gələcəkdə bu cür halların baş verməməsi üçün azyaşlı polis əməkdaşları tərəfindən profilaktik nəzarətə götürülüb.

Xatırladaq ki, Bərdədə atanın dörd yaşlı qızına spirtli içki içirərək görüntülərini sosial şəbəkələrdə paylaşdığı iddia olunub. Bununla yanaşı, qızı ilə paylaşdığı şəklinin altına "Tezliklə ata-bala bir məzarda yatacağıq" sözlərini yazıb. Bərdə rayon sakini Ülviyyə Cəfərova azyaşlı qızının keçmiş həyat yoldaşı A.Hüseynov tərəfindən döyülməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Ana bildirib ki, A.Hüseynovla 2018-ci ildə ailə həyatı qurub. 2019-cu ildə isə bir qız övladları doğulub. 2020-ci ildə maddi problemlər səbəbindən boşanıblar. Məhkəmə dörd yaşlı qızın anada qalmasına, həftəsonları isə atası ilə görüşməsinə dair qərar verib. Bütün problemlər isə, ananın iddiasına görə, ata ilə qızının görüşlərindən sonra başlayıb. Belə ki, keçmiş həyat yoldaşı qadına zəng edərək "aparım qızı Qarabağ kanalına atım, ölsün?" - deyə anaya hədə-qorxu gəlib.

Azyaşlının atası A.Hüseynov məsələ ilə bağlı bütün iddiaları təkzib edib.

Oxşar xəbərlər

Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb

Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb

Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb. "Report"un Cənub bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb. Səxavə...

62 Hadisə 23:23 21 dekabr 2024

Son xəbərlər