Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonunda 2 avtomobildən oğurluq barədə polisə məlumatlar daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Badamdar qəsəbəsi ərazisində "VAZ-2107" markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul, bank kartı və sənədlər olan pulqabıların oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Təhməzli saxlanılıb.
Onun dekabrın 18-nə keçən gecə Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində "Volkswagen" və "Mercedes" markalı iki avtomobildən 4650 manat pul və bank kartları oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....