Bakıda evakuator sürücüsü yeniyetmə qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub

Bakıda evakuator sürücüsü yeniyetmə qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub
Hadisə 2424

Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

BAKU.WS Publika.az-a istinadla xəbər verir ki, bir neçə ay əvvəl Binəqədi Rayon Məhkəməsinin Abdulla Rəhimov barəsindəki bəraət hökmü ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsi Abdullanın Cinayət Məcəlləsinin 152.1-ci, yəni 16-yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi üzrə təqsirli bilinməsinə qərar verib. Onun barəsindəki bəraət hökmü ləğv edilib və 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Abdulla Rəhimov məhkəmə zalında həbs olunub.

Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı 15 yaşı olan Selena (şərti adlı) həmin gün evdən qaçıb və alış-veriş mərkəzlərindən birinə gedibmiş. Burada Abdulla onu görərək yaxınlaşıb və tanış olub. Evakuator sürücüsü olan şəxs gecə saat 2 radələrində yeniyetmə qızı Binəqədi rayonu ərazisində yerləşən hotellərdən birinə aparıb və orada intim münasibətdə olub. Bundan sonra Abdulla yeniyetmə qızı 6 gün özü ilə saxlayıb və iş vaxtı evakuatorda əyləşdirib.

Yeniyetmənin anasının polisə şikayət etməsindən sonra qız itkin kimi axtarılaraq tapılıb və ailəsinə qaytarılıb.

Oxşar xəbərlər

Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu

Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu

Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 5 hərbçi həyatını itirib....

48 Hadisə 22:34 24 noyabr 2026

Son xəbərlər