SOCAR və "Yokogawa Electric" əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Yokogawa Electric" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, sənədə şirkətin prezidenti Rövşən Nəcəfin "Yokogawa Europe B.V."nin prezidenti, eləcə də "Yokogawa Electric Corporation"ın vitse-prezidenti Seita Hagihara ilə keçirdiyi görüşdə imza atılıb.
Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 75 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,49 % artaraq 75,37 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...