Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb
30
noy
2024
09:54
Bu il noyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 105,4 bənd təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.
Bu, aylıq müqayisədə 1,9 bənd, ilin əvvəlinə nisbətən 3,4 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 bənd çoxdur.
Noyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 119,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,6 bənd çox, ilin əvvəlinə nisbətən 1,6 bənd, illik müqayisədə isə 5,3 bənd azdır.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 75 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,49 % artaraq 75,37 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...