Təyyarə qəzasında xəsarət alan qadının Azərbaycan vətəndaşı olduğu müəyyənləşib

Təyyarə qəzasında xəsarət alan qadının Azərbaycan vətəndaşı olduğu müəyyənləşib
Hadisə 296

"Mangistau vilayətinin xəstəxanasına çatdırılan 27 pasiyentdən ilk saatlarda birinin şəxsiyyəti müəyyən edilməmişdi, lakin hüquq-mühafizə orqanlarının köməyi ilə biz onun kimliyini müəyyən etdik".

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau Vilayət Xəstəxanasının şöbə müdiri Janar Baymanova bildirib.

"Şəxsiyyətinin müəyyən edilməsindəki gecikməyə səbəb qadın cinsindən olan həmin pasiyentin üzündə ciddi travmaların olması idi. Biz şəxsi əşyalarının köməyi ilə onun yaxınlarını tapdıq və kimliyini müəyyən etdik. Həmin xanım Azərbaycan vətəndaşıdır", - o qeyd edib.

Son xəbərlər