Təyyarə qəzasında sağ qalan 20 yaşlı Ayhanın anası: "Oğlumun yaşadığını videolara baxanda gördüm"

AZAL-ın Aktau şəhəri yaxınlığındakı təyyarə qəzasında sağ qalan sərnişinlərdən biri Ayhan Bayramzadənin anası danışıb.
BAKU.WS xəbər verir ki, Aynur Bayramova övladının sağ olduğunu videoları izləyərkən görüb. O bu barədə İTV-yə açıqlamasında bildirib:
"Bu vəziyyətdə bir ana hansı hissləri keçirdirdisə mən də elə idim. Şükür etdim ki, övladım sağdı. Onun yaşadığını bizə göndərdikləri videolardan gördüm. Allah yenidən onu bizə bağışladı. Şükür edirəm!".
Xatırladaq ki, 20 yaşlı Ayhan Bayramzadə Lənkəran rayon sakinidir. O işləmək üçün Dağıstanda yaşayan əmisinin yanına gedirmiş.
Məlumat üçün bildirək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer" sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Oxşar xəbərlər
Azərbaycanda əməkdar artist vəfat etdi
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti vəfat edib. BAKU.WS modern.az-a istinadən xəbər verir ki, xəbər verir ki, tanınmış tarzən və pedaqoq Zöhrab Kənd...
