Türkiyədə qida qalmaqalı - 17 məhsulda cinsi potensialı artıran preparatlar aşkar edilib

Türkiyədə qida qalmaqalı - 17 məhsulda cinsi potensialı artıran preparatlar aşkar edilib
Foto
Dünya 238

Türkiyədə bəzi meyvə şirələri, şokolad, enerji içkiləri və şirniyyatların tərkibi ilə bağlı qalmaqallı hadisə yaşanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi 17 fərqli məhsulda iktidarsızlıq və cinsi disfunksiya müalicəsində istifadə edilən "Sildenafil" və "Tadalafil" adlı aktiv maddələrin istifadə edildiyini aşkarlayıb.

Belə ki, qurumun oktyabrın 2-də açıqladığı imitasiya və saxtalaşdırılmış qidalar siyahısında hər gün yeni detallar ortaya çıxır.

Nəhayət, məlum olub ki, cinsi potensialı artıran dərmanlarda istifadə edilən aktiv maddələr siyahıdakı 17 müxtəlif məhsulda istifadə olunub. Bildirilib ki, bu məhsullarda aşkar edilən aktiv əczaçılıq inqrediyentləri satışı qadağan edilən "sildenafil" və "tadalafil" olub. İktidarsızlıq və cinsi disfunksiya müalicəsində həkim nəzarəti altında reseptlə satılır.

"Sildenafil" baş ağrısı, başgicəllənmə, yuxuda çətinlik, artan nəfəs darlığı, bulanıq görmə, ürək yanması, üzündə həddindən artıq qızartı, burun axması, burun qanaması və işığa qarşı həssaslıq kimi narahatlıqlara səbəb olur və hətta ölümə qədər gedib çıxa bilir.

Bu məhsulların əksəriyyətinin İstanbul, İzmir, Antalya, Mersin, Bursa, Ankara və Kocaeli kimi böyük şəhərlərdəki şirkətlərdə istehsal edildiyi bildirilib.

Mütəxəssislər istehlakçılara xəbərdarlıq edir ki, bu məhsulları qəbul etdikdən sonra baş ağrısı kimi əlamətlər yaranarsa, məhsulların tərkibində qadağan olunmuş dərman aktiv maddələr ola biləcəyi üçün belə məhsullardan uzaq durmalıdırlar.

Son xəbərlər