Tanınmış alimin qızı Aktaudakı təyyarə qəzasından sağ çıxıb
Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması zamanı sağ qalanlar arasında məşhur sovet fiziki Əbdül-Həmid Bisliyevin qızı Camilə Bisliyeva da var.
BAKU.WS xəbər verir ki, bu barədə "aif.ru" portalı məlumat yayıb.
54 yaşlı Camilə Bisliyeva Çeçen-İnquş Dövlət Universitetinin keçmiş professoru və prorektoru, fizika-riyaziyyat elmləri doktoru Əbdül-Həmid Bisliyevin qızıdır. O, sağ qalan sərnişinlərin siyahısında yer alıb.
Əbdül-Hamid Bisliyev maqnit hadisələri fizikası laboratoriyasını yaratmaqla məşhurlaşıb. 1991-ci ildə Qroznıda rektor Viktor Kan-Kalikun oğurluğunun qarşısını almağa çalışarkən öldürülmüşdü.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan 67 sərnişinlə dolu olan "Embraer 190 təyyarəsi" 25 dekabr səhəri Aktaunun ətrafında qəzaya uğrayıb. AZAL aviaşirkətinin nümayəndələri mətbuat konfransında təyyarə qəzasından sonra 32 nəfərin sağ qaldığını bildiriblər.
Oxşar xəbərlər
İranda neft emalı zavodunda baş verən yanğın baş verib
İranda neft emalı zavodunda istismar xaricində olan neft məhsulları borularının yerləşdiyi ərazidə baş verən yanğın qısa zamanda söndürülüb. BAKU.WS İran KİV-nə...