Onlarla insanı ölümdən xilas edən AZAL təyyarəsinin qəhrəman EKİPAJ ÜZVLƏRİ
Ötən gün göyərtəsində 67 sərnişin olan AZAL-ın Embraer ERJ-190 təyyarəsi Xəzər dənizi üzərində "SOS" siqnalı verib. Aktauda təcili eniş etmək istəyərkən təyyarə qəzaya uğrayıb.
BAKU.WS təyyarənin beş ekipaj üzvü ilə bağlı məlum olanları təqdim edir:
Mütəxəssislərin fikrincə, fövqəladə vəziyyətdə ekipaj yeganə düzgün addım ataraq çox sayda insanın həyatını xilas edə bildi. Videogörüntülərə əsasən, pilotlar təyyarəni düzəltməyə və təhlükəsiz eniş etməyə çalışıblar. Aviasiya ekspertləri deyirlər ki, onların peşəkarlığı təqdirə layiqdir.
Kapitan İqor Kşnyakin (mərhum)
İqor Kşnyakin - təyyarə kapitanı olub. AZAL-ın məlumatına görə, o, 15 min saatdan çox uçuş müddəti olan təcrübəli pilot olub, bunun 11200-ə yaxınını kapitan kürsüsündə keçirib. Bildirilir ki, Kşnyakinin Rusiya vətəndaşlığı olub.
Aleksandr Kalyaninov (mərhum)
Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunudur. Keçmiş tələbəsinin faciəli ölümünə təhsil ocağı ağrı ilə reaksiya verib.
"Arzusunu həyata keçirdi: pilot oldu. Onun uğuruna necə də sevindik: liseyin əla abituriyenti, sonra tələbəsi üçün Türkiyədən təşəkkür məktubu var. Ağıllı, yaraşıqlı oğlan həyatının ən yaxşı çağında həlak oldu, onlarla insanın həyatını xilas edərək vəzifə başında dünyasını dəyişdi!
Ürək heç vaxt bu itki ilə barışmaz! Biz səmaya baxanda, uçan təyyarənin səsini eşidəndə Saşanı xatırlayacağıq!"
Hökümə Əliyeva (mərhum)
Stüardessa Hökumə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunda anadan olsa da, Gəncədə yaşayıb. O, Bakı Dövlət Universitetində hüquq fakültəsinin magistratura pilləsini bitirib və 2016-cı ildən AZAL aviaşirkətində işləyir. Təyyarə qəzasından sonra Hökumə xəstəxanaya aparılsa da, qızın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib ki, bacısının şəxsiyyətini müəyyən etmək üçün ondan DNT testi götürülüb.
"Hökumə 6-cı sinfə qədər Rusiyada oxuyub, vətənini çox sevirdi, sonra vətənə qayıtdıq, ali təhsil alıb vəkil oldu", - deyə anası Kəmalə xanım Əliyeva bildirib.
Sonradan məlum olub ki, stüardessa ölüb.
İndi hər kəs onu qəzadan öncə sərnişinlərə son təlimatını verərkən - peşəsini laiqincə, sonadək yerinə yetirərkən "Hər şey yaxşı olacaq!" sözləri ilə xatırlayır.
Zülfüqar Əsədov (sağ qalıb)
Bir digər təyyarə bələdçisi idə Zülfüqar Əsədov idi. O, möcüzəvi şəkildə fəlakətdən sağ çıxıb. Stüard ən qısa müddətdə ailəsi ilə əlaqə saxlayıb, yaxşı olduğunu bildirib. O, başından, kürəyindən və böyrəklərindən ciddi xəsarət aldığını ailəsi ilə bölüşüb.
"Narahat olma, anama de ki, hər şey yaxşıdır, mən Allaha şükür edirəm ki, xilas olduq" deyib.
V.Əsədovun 30 ildən artıqdır ki, aviasiya sahəsində fəaliyyət göstərdiyi qeyd edilir.
Aydan Rəhimli (sağ qalıb)
Aydan Rəhimli - stüardessadır. O, təyyarənin arxa tərəfində idi və bu, onun sağ qalmasına kömək edib. Onun təbii fəlakətdən sonra yaxınları ilə də əlaqə saxladığı bildirilir. Hazırda sosial şəbəkələrdə və mətbuatda Aydanın göz yaşlarını saxlaya bilmədiyini göstərən kadrlar paylaşılır.
Xatırladaq ki, 25 dekabr tarixində Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb.
Çeçenistanın paytaxtı Qroznıda duman səbəbindən təyyarə enə bilməyib və əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib.
Təyyarədə 67 nəfər olub. Qəza nəticəsində 32 nəfər sağ qalıb.
Oxşar xəbərlər
ÜST rəhbəri Səna hava limanına edilən hücumlardan sonra Yəməndən çıxa bilməyib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesusun Səna hava limanına hücumlardan sonra cümə axşamı Yəməndən çıxa bilib-bi...