Alimlər depressiyanı müalicə etmək üçün dünyada ilk spreyi təsdiqlədi
"Spravato" burun spreyi ABŞ Qida və Dərman İdarəsindən (FDA) depressiyanın müalicəsində istifadə üçün icazə alıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, dərman unikaldır və beyində ən çox yayılmış həyəcanverici nörotransmitter olan glutamata təsir edərək işləyir.
"Spravato müstəqil müalicə üsulu olaraq mövcuddur, yəni xəstələr gündəlik oral yolla antidepresanlara ehtiyac olmadan 24 saatdan, 28 günə qədər depressiya əlamətlərində yaxşılaşa bilərlər", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl bir qrup amerikalı və britaniyalı alim beynin elektrik stimullaşdırılmasından istifadə edərək depressiyanı müalicə etmək üçün nəzərdə tutulmuş xüsusi qulaqlıqların klinik sınaqlarının ikinci mərhələsini keçirib.
Oxşar xəbərlər
Tramp: NATO ölkələri ÜDM-inin 5 faizini müdafiəyə xərcləməlidir
ABŞ-nin NATO tərəfdaşları müdafiəyə ÜDM-in ən azı 5 %-ni xərcləməlidir. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İ...