Abşeronda dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 11 fakt aşkarlanıb.
Mülkiyyət əleyhinə və digər cinayətlər törətdiklərinə görə axtarışda olan 11 nəfər saxlanılıb, "isti izlərlə" 31 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 162, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 63 fakt aşkarlanıb, mülki axtarışda olan 22 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 6, avtoxuliqanlıq hərəkətlərinə yol verən və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 23, dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Oxşar xəbərlər
Hansı qurumların çağrı mərkəzləri cavab vermir? - Sakinlər arasında sorğu keçirildi
Son zamanlar bir sıra dövlət qurumlarının çağrı mərkəzləri ilə bağlı şikayətlər kəskin artıb. Vətəndaşlar bildirirlər ki, dəqiqələrlə xətdə gözləməli olurlar, z...