Donald Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb

ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl" kəskin şəkildə ucuzlaşıb.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
Belə ki, Bakı vaxtı ilə saat 20:35-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78,42 dollar təşkil edir ki, bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0,58 dollar (0,73%) azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0,72 dollar (0,95%) ucuzlaşaraq 74,72 dollar/barelə bərabər olub.
Trampın çıxışına qədər neft bahalaşırdı.
Xatırladaq ki, Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışan Tramp Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmağı istəyəcəyini bildirib.
Oxşar xəbərlər
Valideynlərin NƏZƏRİNƏ! Ağır bel çantaları şagirdlərdə bu fəsadlara yol aça bilər
Tədris mövsümü zamanı gündəmə gələn aktual problemlərdən biri də ağır bel çantalarıdır. Bunların gündəlik istifadəsi uşaqların səhhətində bəzi problemlərə yol a...
