Fidanla Lavrov arasındakı telefon danışığının təfərrüatları məlum olub

Fidanla Lavrov arasındakı telefon danışığının təfərrüatları məlum olub
Dünya 25

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Hakan Fidan arasında telefon danışığı olub.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Söhbət zamanı Suriyada və onun ətrafındakı vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyi təsdiqlənib", - məlumatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, XİN rəhbərləri bu ölkənin bütün vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi əsasında Suriyada vəziyyətin hərtərəfli nizamlanmasına həqiqətən töhfə verməyə qadir olan bütün xarici oyunçuların səylərini birləşdirməyin vacibliyini vurğulayıblar. "Siyasi baxışlarından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq".

Bundan başqa, Lavrov və Fidan ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə edib və digər beynəlxalq məsələlər üzrə də sıx təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

"Nazirlər Suriya məsələsi və digər aktual regional və beynəlxalq məsələlərlə bağlı yaxın təmasda olmaq barədə razılığa gəliblər", - deyə nazirlik əlavə edib.

Bundan əvvəl məlum olmuşdu ki, Suriyanın yeni hakimiyyət orqanları Moskva ilə hərbi bazaların gələcəyi ilə bağlı danışıqlar aparır.

Son xəbərlər