Müğənninin itən mahnısı ölümündən iki il sonra tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Musiqi dünyasının əfsanəvi müğənnilərindən olan Tina Törnerin sağlığında yayımlanmayan mahnısı tapılıb.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, sözügedən ifa Tinanın ən çox dinlənilən "Private Dancer" albomu üçün yazılıb.
Lain mahnı sonradan itib və illər keçdikdən sonra tapılıb.
"Hot For You, Baby" adlı mahnı Hollivuddakı "Capitol Studios"da yazılıb. Lakin "What"s Love Got To Do With It" və "Better Be Good To Me" adlı mahnılardan sonra albomda yer qalmayıb və bu mahnı ora daxil edilməyərək kənarda qalıb.
İtən mahnı "Private Dancer" musiqisevərlərə təqdim olunduqdan 40 il sonra tapılıb.
Xatırladaq ki, Tina Törner 2023-cü ildə vəfat edib. Bir neçə il əvvəl insult keçirən sənətçi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...