Ginekoloq Yeganə Əliyeva xəstədən qəbuluna gəlmədən pul tələb edir - FOTOFAKT

Ginekoloq Yeganə Əliyeva xəstədən qəbuluna gəlmədən pul tələb edir - FOTOFAKT
Video
Sosial 551

"Təsəvvür edin, həkimə müraciət edirsiniz, o isə sizin sağlamlığınızla maraqlanmaq əvəzinə öncədən ödəniş tələb edir. Özü də qanunsuz formada, yəni kartdan karta köçürmə ilə".

Baku TV-nin qaynar xəttinə belə bir şikayət gəlib.

Ginekoloq Yeganə Əliyeva ona müraciət edən xəstələrdən həkim qəbulu üçün ödənişi kartdan karta köçürmə ilə göndərməyi tələb edir, həm də müayinəyə gəlməzdən bir neçə gün əvvəl.

Y.Əliyevanın çalışdığı Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalından bildirilib ki, məsələnin onlara heç bir aidiyyəti yoxdur.

Hospitalda hərbi qulluqçuların tibbi təminatı və mülki şəxslərə göstərilən xidmətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən isə qeyd olunub ki, sözügedən hal araşdırılacaq.

Qanunvericiliyə əsasən, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000, ikinci dəfə 3 000, üç dəfə və daha çox yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Ətraflı süjetdə:

Son xəbərlər