P.Diddy böhtana görə 50 milyon dollarlıq iddia qaldırır
Yeniliklərdən dərhal xəbərdar olun
Reper və prodüser Pi Diddi (əsl adı Şon Kombs) ittihamçısı Kortni Burgessə, vəkili Ariel Mitçelə və "NewsNation"a qarşı 50 milyon dollarlıq iddia qaldırıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "NewsNation"da Kortni Burgess Pi Diddinin "məşhurları və azyaşlıları cinsi istismara məruz qoyması"nın ittihamedici videolarının olduğunu iddia edib.
Burgess bildirib ki, kasetləri ona reperin 2018-ci ildə vəfat edən keçmiş sevgilisi Kim Porter verib.
Kombsun vəkilləri Burgessin reperin ailəsi ilə heç bir əlaqəsinin olmadığını təkid edirlər. Onlar iddia edirlər ki, həmin şəxs və onun vəkili Pi Diddi haqqında maliyyə mənfəəti üçün yalan iddialar yayıb. Reperin müdafiəçiləri videoyazıların varlığını şübhə altına alıblar.
Xatırladaq ki, ötən il sentyabrın 17-də reper və prodüser Şon Kombs ona qarşı yuxarıda qeyd olunan ittihamlar irəli sürülməsindən sonra həbs edilib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...