Müğənni onu "Təcavüzkar" adlandıran film şirkətindən 500 milyon dollar istəyir
 
                            Məşhur müğənni Kris Braun film şirkəti olan "Warner Bros"u məhkəməyə verərək külli miqdarda təzminat tələb edib.
BAKU.WS xəbər verir ki, sənətçi "Chris Brown: A History of Violence" adlı sənədli fimin onun şəxsi həyatına və karyerasına ziyan vurduğunu əsas gətirərək istehsalçı şirkətdən 500 milyon dollar təzminat tələb edir.
Buna səbəb müğənninin filmdə təcavüzkar kimi göstərilməsidir. Ekran işində 2020-ci ildə yaxtada yaşanan xoşagəlməz halın təfərrüatları yer alır.
"Onlar bu məlumatlarının yanlış olduğunu bilirlər. Hekayəni danışan hər kəsin dəfələrlə təkzib olunduğu da bilirlər. Qısaca desək, bu məhkəmə medianın öz maraqlarını həqiqətdən üstün tutması ilə bağlıdır" - deyə Kris bildirib.
Xatırladaq ki, 35 yaşlı Kris Braun 2009-cu ildə keçmiş sevgilisi Rihannaya avtomobillə hücum etmək, 2017-ci ildə gecə klubunun fotoqrafına hücum etmək və 2024-cü ildə Texasda dörd kişini vəhşicəsinə döymək də daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunub.
Qalereya
Oxşar xəbərlər
MOSSAD-ın yeni rəhbəri Belarusda doğulmuş general Hofman ola bilər
İsrailin baş naziri Benyamin Netanyahunun hərbi katibi vəzifəsində çalışan general-mayor Roman Hofman ölkənin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın növbəti rə...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
  
  
  
  
  
  
                             
                     
                     
                     
                     
                    