"Keşlə bazarı"nın köçürüləcəyi yeni məkandan GÖRÜNTÜLƏR
Bakının Nərimanov rayonunda yerləşən "Keşlə bazarı"nda bir neçə gündən sonra söküntü işləri başlayacaq.
BAKU.WS-in məlumatına görə, söküntü işləri başlamazdan əvvəl bazarda tiracətlə məşğun olan sahibkarlar Dərnəgüldə salınan yeni "Keşlə bazarı"nda fəaliyyət göstərəcəklər.
Yeni "Keşlə bazarı"nda yaxın günlərdə dükanların satıcılara təhvil verilməsi üçün hazırlıq işləri gedir.
Hazırda yeni salınan bazarda təmir işləri davam edir. Ərazidə xeyli sayda təmir-quruculuqla məşğul olan fəhlələr çalışır.
Qeyd edək ki, yanvarın 25-dən sonra köhnə "Keşlə bazarı"ndan yenisinə köçmək üçün məhsullar yığışdırılacaq. Bazar fevralın 1-dən fəaliyyətə başlayacaq.
Oxşar xəbərlər
Kənar dairəvi yolda buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb
Hazırda Yasamal rayonu, Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb. Bu səbəbdən yol-nəqliyyat hadisə...