SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın bəzi rayonlarında işıqforların fəaliyyəti dayanıb.

BAKU.WS-in məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, Bakıda işıqların sönməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ciddi problem yaratmayıb:

“Məndə olan məlumata görə, paytaxt ərazisində elektrik enerjisində yaranan müvəqqəti fasilə səbəbindən işıqforların fəaliyyətində də problem yaranıb. Lakin bu, nəqliyyatın hərəkətinə ciddi təsir göstərməyib.

İşıqforlarla nizamlanan yolayrıclarında sürücülər və piyadalar özlərini çaşdırmasınlar. Onlar həmin yolayrıclarında qoyulan müvafiq yol hərəkəti nişanlarının tələblərinə uyğun şəkildə hərəkət etməlidirlər.

İşıqforlarla bağlı problem yalnız bir neçə rayon ərazisində müşahidə edilib. Hazırda yaranan problemin aradan qaldırılması üzrə müvafiq tədbirlər keçirilir.

Əməkdaşlarımız ərazilərdə nizamlayıcı xidmət apararaq vəziyyətə nəzarət edir. Bu dəqiqə üçün işıqforların fəaliyyəti dayanan ərazilərdə heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”.

BAKU.WS