SİZİN REKLAM BURADA!
055 213 76 73



15 noyabr tarixindən etibarən avtomobillərin yan şüşələrinə quraşdırılan jalüzlərin istifadəsi qadağan olunacaq. Qaydalara riayət etməyən sürücülər məsuliyyətə cəlb ediləcəklər.

BAKU.WS-in məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lider TV-yə açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin arxa sağ-sol qapı şüşələrindən jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.

BAKU.WS