VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmlak Məsələləri Dövlət Komitəsi avqust ayında avtomobillərin növbəti hərracını keçirəcək.

BAKU.WS-in verdiyi məlumata görə, dövlət komitəsi avqustun 29-da baş tutacaq hərraca 6 ədəd nəqliyyat vasitəsi çıxarılacaq.

1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Xüssusi Dövlət Mühafizə Xidmətinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
Həmin nəqliyyat vasitələrinin siyahısını təqdim edirik:

BAKU.WS


29 avqust 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

S/N

Balanssaxlayıcı müəssisənin adı
Avtonəqliyyat vasitəsinin markası
 
Buraxılış ili
Start qiyməti
(manatla)
 
10% beh
(manatla)
1.
Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi
QAZ-270500
1996
1700
170
2.
Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi
Opel Omeqa
1992
1500
150
3.
Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi
Doğan-S
1994
1200
120
4.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti
Mitsubishi L 200
2005
3750
375
5.
“Azərsu”ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsi
KAMAZ 53212
1986
3500
350
6.
“Azərsu”ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsi
KAMAZ 53212
1989
4000
400