Dövlət maşınları satışa çıxarılır - QAZ-13 28 minə, ZİL 750 manata (QİYMƏTLƏR)
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub.
BAKU.WS-in məlumatına görə, hərracda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
6-cı sətirdə Azərbaycan Respublikası Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
7-9-cu sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
10-cu sətirdə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
Şahin Həbibov
BAKU.WS
S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası |
Buraxılış ili | Start qiyməti (manatla) |
10% beh (manatla) |
1. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | QAZ-2705-18 | 2005 | 2200 | 220 |
2. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | QAZ-2705-18 | 2007 | 2500 | 250 |
3. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | QAZ-3307-1012 | 2008 | 1300 | 130 |
4. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | QAZ-3307-1012 | 2007 | 1200 | 120 |
5. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti | ZİL-MMZ-555 | 1989 | 750 | 75 |
6. | Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | Nissan Altima | 2005 | 3000 | 300 |
7. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | Chanqan SC-6391FA | 2007 | 3150 | 315 |
8. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | Chanqan SC-6391FA | 2007 | 3150 | 315 |
9. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | VAZ-21043 | 1995 | 900 | 90 |
10. | Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | QAZ-13 | 1973 | 28800 | 2880 |
11. | "Bakı Metropoliteni” QSC | "Boreks-2102” ekskavator | 2004 | 4600 | 460 |
Oxşar xəbərlər
Azərbaycanda dövlət maşınları ucuz qiymətə satışa çıxdı: Mercedes 6400, FİAT 3500 AZN (SİYAHI)
Mayın 10-da hərraca çıxarılaacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS-in məlumatına görə, siyahıya əsasən 1-2-ci sətirdə Azərbaycan Respublikas...