Azərbaycanda dövlət maşınları ucuz qiymətə satışa çıxdı: Mercedes 6400, FİAT 3500 AZN (SİYAHI)
Mayın 10-da hərraca çıxarılaacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
BAKU.WS-in məlumatına görə, siyahıya əsasən 1-2-ci sətirdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
3-cü sətirdə Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 4-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
5-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
8-11-cü sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
Şahin Həbibov
BAKU.WS
S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası |
Buraxılış ili | Start qiyməti (manatla) |
10% beh (manatla) |
1. | Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi | ZİL-431410 | 1988 | 900 | 90 |
2. | Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi | QAZ-31105-120 | 2005 | 1125 | 113 |
3. | Xaçmaz rayon İcra Hakimiyyəti | UAZ-31514 | 1996 | 692 | 69 |
4. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | UAZ-31519 | 2006 | 1710 | 171 |
5. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | UAZ-374102 | 2007 | 1350 | 135 |
6. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | FİAT-Doblo | 2007 | 3500 | 350 |
7. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | Mercedes Benz 260 | 2004 | 6200 | 620 |
8. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti | VAZ-2121 | 1984 | 1000 | 100 |
9. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti | QAZ-330720 | 2007 | 3000 | 300 |
10. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti | QAZ-3309-1372-09-229 | 2007 | 4000 | 400 |
11. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti | QAZ-330700-1012 | 2007 | 4500 | 450 |
Oxşar xəbərlər
14 avtomobil ucuz qiymətə satışa çıxarılır – SİYAHI
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) aprelin 4-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. BAKU.WS Avtosfer.az-a istinadən xəbər ve...