SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bu gün axşam saatlarınadək "Hava limanı” yol qovşağından "Mərdəkan” yol qovşağınadək olan hissədə yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. 

BAKU.WS-in xəbərində bildirilir ki, "Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtoəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
 
Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır. 

"Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

BAKU.WS