VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Avtomobilin maksimum sürəti saatda 120 km-dir, ancaq o, saatda 122 -lə radara düşüb. Təəccüblü hadisə Sabirabad sakininin başına gəlib. Sürücü onun ünvanına gələn protokolda texniki səhvin olduğunu iddia edir.

BAKU.WS xezerxeber.az-a istinadən  məlumat verir ki, Sabirabad sakini Kərim Hüseynovun ünvanına bu məktub göndəriləndə o, xeyli təəccüblənib. Çünki onun yük maşını saatda maksimum 120 km sürətlə gedə bilir.

Sürücüyə göndərilən məktubda isə qeyd olunur ki, o, sürət limiti saatda 60 km olan yerdə bu həddi aşıb və saatda 122 km sürətlə hərəkət edib.
Kərim Hüseynov bildirir ki, yük maşını ilə qeyd olunan sürətə çatması mümkün deyil.

Vətəndaş onun ünvanına gələn protokolda texniki səhvin olduğunu iddia edir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Kamran Əliyev "Xəzər Xəbər"ə bildirib ki, vətəndaş onlara müraciət etsin. Araşdırıldıqdan sonra sürücü haqlı çıxarsa, tərtib olunan cərimə protokolu ləğv olunacaq.
 
BAKU.WS