SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda sürücülərin "Niva" markalı üç avtomobildə avtoxuliqanlıq videosu yayılıb.

BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Babək prospektində baş verib. "Maşın bazarı"nın qarşısındakı körpünün yanından üzü şəhər istiqamətində hərəkət edən "Niva" markalı üç avtomobilin sürücüləri təhlükəli manevrlərlə "avtoş"luq ediblər. Onlar bir-birinin üstünə maşın sürüb, ziqzaqvari hərəkətlər ediblər.
 
Sürücülər hətta bu hərəkətləri yol polisinin kameralarının qarşısında da təkrar ediblər.

BAKU.WS