VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sürücü Pəhlivan Mehdiyev radara düşüb. Daha doğrusu, ona idarə etdiyi avtomobilin radara düşməsi barədə MMX protokol göndərilib. Lakin sürücü bununla razılaşmır. Çünki radara düşən avtomobil ona məxsus deyil.
 
Pəhlivan Mehdiyev baş verənlərlə bağlı Avtosfer.az-a bildirib ki, 16.06.2016-cı il tarixdə idarə etdiyi 90-FV-787 qeydiyyat nişanlı «Kia Picanto» markalı avtomobillə Bakı şəhərində hərəkətdə olarkən Kürdəmirdə radara düşüb: «Elektron kabinet»imə elektron protokol gəldi ki, guya Bakı-Qazax yolunda radara düşmüşəm. Hansı ki, qeyd etdiyim avtomobil Bakı şəhərindən kənara çıxmır. Fotoşəkilə baxdıqda gördüm ki, radara düşən 90-FM-787 qeydiyyat nişanlı «Hyundai Veracruz» markalı avtomobildir. Sadəcə olaraq, xüsusi texniki vasitə avtomobilin qeydiyyat nişanındakı "M" hərfini "V" hərfi ilə səhv salaraq protokolu mənim adıma tərtib edib. Ertəsi gün Baş Dövlət Yol Polisi İdarəsinə getdim, problemi söyləyən kimi dərhal protokolu ləğv elədilər. Buna görə də DYP-yə təşəkkür edirəm».
 
BAKU.WS